Bakı. Trend:
Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal əyalətində yerləşən Essen şəhəri yaxınlığından keçən “A42” avtomagistralda zəncirvari qəza olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yolun buz bağlaması səbəbindən azı 26 avtomobil bir-birinə toqquşub. İnsident nəticəsində 25 nəfər xəsarət alıb.
Yerli dispetçer mərkəzinin bildirdiyinə görə, ilk avtomobil buzlanma səbəbindən yoldan çıxıb, daha sonra digər nəqliyyat vasitələri zəncirvari olaraq bir-birinə çırpılıb. Hazırda avtomagistralın həmin hissəsində hərəkət dayandırılıb.
