...

Yaponiyada parlament buraxıla bilər

Dünya xəbərləri Materials 19 Yanvar 2026 15:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın baş naziri Sanae Takaiçi bazar ertəsi bildirib ki, cümə günü Yaponiya parlamentinin aşağı palatasını (Nümayəndələr Palatasını) buraxmağı və növbədənkənar ümumi seçkilər keçirməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yerli mətbuat növbədənkənar seçkilərin artıq fevralın 8-də keçirilə biləciyini, seçki kampaniyasının isə yanvarın 27-də başlayacağını istisna etmir.

Nümayəndələr Palatasına öncəki seçkilər 2024-cü ilin oktyabrında keçirilib və deputatların səlahiyyət müddəti dörd ildir.

Liberal-Demokrat Partiyasının (LDP) rəhbərlik etdiyi və lideri Takaici olan hakim koalisiya Nümayəndələr Palatasında cüzi üstünlüyə malikdir, lakin yuxarı palatada (Müşavirlər Palatasında) azlıq təşkil edir. Eyni zamanda, Konstitusiya-Demokratiya Partiyası və LDP-nin keçmiş müttəfiqi olan “Komeyto” partiyası parlamentdə ən böyük müxalif alyansı formalaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti