Bakı. Trend:
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 20-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.
Ölkə ərazisində, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
