...

Oğuzda qanunsuz ağac kəsimi: təbiətə 6 min manatdan artıq maddi ziyan vuruldu

Hadisə Materials 19 Yanvar 2026 13:22 (UTC +04:00)
Oğuzda qanunsuz ağac kəsimi: təbiətə 6 min manatdan artıq maddi ziyan vuruldu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti