...

Bakıda ana oğlu üçün həbsxanaya narkotik keçirərkən yaxalandı (FOTO)

Hadisə Materials 19 Yanvar 2026 16:10 (UTC +04:00)
Bakıda ana oğlu üçün həbsxanaya narkotik keçirərkən yaxalandı (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib kİI, həbs edilmiş şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti