...

Bu filmlərin istehsal xərcləri qismən geri ödəniləcək

Cəmiyyət Materials 19 Yanvar 2026 14:00 (UTC +04:00)
Bu filmlərin istehsal xərcləri qismən geri ödəniləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada şərtlərlə həyata keçiriləcək.

Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxil ediləcək:

  • xarici film - bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
  • birgə istehsal filmi - yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;
  • xarici prodüser - əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;
Məqalədə:
Xəbər lenti

Xəbər lenti