...

Ötən il Energetika Nazirliyinə edilən müraciətlərin sayı açıqlandı

Energetika Materials 19 Yanvar 2026 11:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 11850 vətəndaş müraciəti daxil olub.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 1798-i məlumat (müraciətin geri götürülməsi və təşəkkür), 10052-si isə icra xarakterli olub. Bunlardan 9594-ü müvafiq qaydada icra edilib, 458 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub.

Məlumata görə, hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 575 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti