...

Azərbaycanla energetika sahəsində əməkdaşlıq Çexiya üçün mühüm əhəmiyyət kəsb edir - Səfir

Energetika Materials 19 Yanvar 2026 13:26 (UTC +04:00)
Azərbaycanla energetika sahəsində əməkdaşlıq Çexiya üçün mühüm əhəmiyyət kəsb edir - Səfir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Energetika sahəsində Azərbaycanla əməkdaşlıq Çexiya üçün mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlachek jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan Çex Respublikasının neft emalı zavodları üçün ən böyük neft tədarükçüsüdür və bu baxımdan energetika sahəsində əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2025-ci ilin yanvar-noyabr aylarında ölkə Çexiyaya 742,2 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton neft ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti