...

"Qarabağ"ın futbolçusu Superliqa klubunun hədəfindədir

İdman Materials 19 Yanvar 2026 13:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ"ın futbolçusu Emmanuel Addaiyə Türkiyə Superliqasından maraq var.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçini "Konyaspor" heyətinə cəlb edə bilər.

Bildirilib ki, yeni baş məşqçi Çağdaş Atan sol cinah üçün iki oyunçunu nəzərdən keçirir. Konya təmsilçisi ilk növbədə "Eyyüpspor"dan Prins Ampemi heyətə cəlb etmək istəyir. Qanalı yarımmüdafiəçi "Konyaspor"un ən çox maraqlandığı adlardan biridir. "Eyüpspor"da üçüncü mövsümünü keçirən oyunçu İstanbul klubunda 84 matça 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Əgər Ampemin transferi baş tutmasa, "Konyaspor" diqqətini Azərbaycana yönəldəcək. Xəbərdə bildirilib ki, Avropadakı uğurlu çıxış ilə diqqətləri cəlb edən "Qarabağ"ın cinah oyunçusu "Konyaspor"un transfer siyahısındadır. 24 yaşlı Addai bu mövsüm "Qarabağ"da 28 oyuna çıxıb və 4 qolub. Onun Ağdam klubu ilə mövsümün sonuna qədər müqaviləsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti