Bakı. Trend:
Azərbaycanla Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Dünya Bankı ilə əməkdaşlıq, Bankın göstərdiyi institusional və texniki dəstək tədbirlərinin bu baxımdan əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycanla Dünya Bankı arasında reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
