...

Bu şəxslər öz-özünü sığorta edəcəklər

Cəmiyyət Materials 19 Yanvar 2026 11:55 (UTC +04:00)
Bu şəxslər öz-özünü sığorta edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası” dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq qərar imzalayıb.

Qərara əsasən, xüsusi icra məmurları öz-özünü sığortaedənlər siyahısına əlavə edilib.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə görə,öz xeyrinə sığorta fəaliyyətini həyata keçirən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar), xüsusi notariuslar, sərbəst mediatorlar, fərdi qaydada fəaliyyət göstərən vəkillər öz-özünü sığortaedənlər hesab edilirlər.

Məlumat üçün bildirək ki, qərar yanvarın 8-də qəbul edilib, yanvarın 14-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, yanvarın 1-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti