...

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Ayntraxt” oyununun hakimləri açıqlandı

İdman Materials 19 Yanvar 2026 13:30 (UTC +04:00)
UEFA Çempionlar Liqası: “Qarabağ” – “Ayntraxt” oyununun hakimləri açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək VII tur oyununun hakim təyinatları açıqlanıb.

Trend xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şererə Stefan De Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes fon Mandaks yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix olacaq.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti