...

Ötən il qatar qarşısına çıxan 8 nəfər həyatını itirib (VİDEO)

Hadisə Materials 19 Yanvar 2026 12:42 (UTC +04:00)
Ötən il qatar qarşısına çıxan 8 nəfər həyatını itirib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

ADY maşinistləri 2025-ci ildə qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama ediblər.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, təəssüf ki, hər dəfə qəzadan qaçmaq mümkün olmur:

- 18 dəfə toqquşma qaçılmaz olub

- 10 nəfər ağır xəsarət alıb

- 8 nəfər həyatını itirib

Unutmayın, qatarı dərhal saxlamaq fiziki olaraq qeyri-mümkündür və bunun üçün böyük məsafəyə ehtiyac var!

Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir!

ADY üçün təhlükəsizlik prioritetdir. Bu məqsədlə davamlı olaraq sosial mediada maarifləndirmə kampaniyaları təşkil edilir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti