...

2025-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Cəmiyyət Materials 19 Yanvar 2026 14:30 (UTC +04:00)
2025-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 115 xarici ölkədən 8,8 min nəfər tələbə təhsil alıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əcnəbi tələbələrin sırasında Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası, Pakistan, Hindistan, Suriya Ərəb Respublikası, Qazaxıstan və Çin vətəndaşları üstünlük təşkil edib.

Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı isə1045 nəfər təşkil etmişdir. Xaricdə təhsil alan gənclərin 37,4 faizi Bakı şəhərində, 62,6 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Çin və Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti