...

“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2026 17:08 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub (FOTO)

Bakı. Trend:

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlının Mentorluq Proqramı çərçivəsində “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) ilə tanışlıq səfəri təşkil edilib.

Səfər zamanı müsabiqə qalibləri “Çovdar” qızıl mədənində hasilat prosesi, ÇİRES-də qiymətli metalların emalı prosesləri ilə yaxından tanış olublar. Onlara ənənəvi Topa Qələviləşdirmə (HLP – Heap Leach Pad) üsulu ilə yanaşı, müasir Çəndə Qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası əsasında fəaliyyət göstərən zavodda yaradılmış əmək şəraiti və istehsal imkanları barədə ətraflı məlumat verilib.

Eyni zamanda. Aslan Həsənli və Rüfət Məmmədxanlı “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ÇİRES-də keçirilən əməliyyat iclasına da qatılıblar. İclas zamanı iştirakçılar şirkətin fəaliyyət göstərdiyi regionlarda həyata keçirdiyi layihələr, mövcud daxili nəzarət sistemləri, eləcə də istehsalat sahələrində effektiv iş mexanizmlərinin qurulması ilə bağlı məsələlər üzrə məlumat əldə ediblər.

Səfər Mentorluq Proqramı çərçivəsində müsabiqə qaliblərinin dağ-mədən sənayesində həyata keçirilən istehsal və idarəetmə prosesləri ilə tanış olması, həmçinin praktiki bilik və təcrübələrinin genişləndirilməsi baxımından faydalı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti