Bakı. Trend:
İlkin məlumatlara 2026-cı il yanvarın 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, 2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 869,0 min nəfər, qeyri-dövlət sektorunda isə 928,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1766,4 min nəfər çalışıb.
