Bakı.Tremd:
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda əvvəlki illə müqayisədə tütün məmulatlarının istehsalında 14,4 faiz, qida məhsullarının istehsalında isə 9,1 faiz, içki istehsalında isə 0,5 faiz artım müşahidə olunub.
Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Qeyd edilib ki, bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,0 dəfə, araq istehsalı 15,4 faiz, şəkər, qənd istehsalı 12,0 faiz artıb, meyvə-tərəvəz konservlərinin istehsalı isə 2,1 faiz azalıb.
