Bakı. Trend:
2025-ci ildə Azərbaycanda 2965 kiloqram qızıl hasil olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatına görə, əvvəlki illə müqayisədə qızıl hasilatı 301,6 kiloqram və ya 11,3 faiz artıb. 2024-cü ildə Azərbaycanda 2663 kiloqram qızıl çıxarılmışdı.
Cari ilin yanvar ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 43,1 kiloqram təşkil edib.
Eyni zamanda 2025-ci ildə ölkədə 3646 kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilə müqayisədə 461,1 kiloqram və ya 14,5 faiz çoxdur.
Cari ilin yanvarın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş ehtiyatlarının həcmi 361,9 kiloqram təşkil edir.
Qeyd edək ki, hesabat ilində ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41,2 milyard manat olmaqla, əvvəlki ilə nisbətən 1,0 faiz artıb.
