Bakı. Trend:
20245-ci ildə Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilə nisbətən 1 960 ədəd və ya 32,7% azdır. Belə ki, 2024-cü ildə ölkədə 5 998 ədəd minik avtomobilləri istehsal edilmişdi.
Cari ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 82 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 273 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 424 ədəd və yaxud 60,8% azdır.
Bu ilin yanvarın 1-nə hazır məhsul ehtiyatı 9 ədəd təşkil edib.
Qeyd edək ki, maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ölkədə 2025-сi ildə 761,6 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə maşın və avadanlıqların istehsalı 16,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 40,3 faiz azalıb.
