Bakı.Trend:
2025-ci ilin yanvar-dekabr aylarında 2025-ci ildə quş əti də daxil olmaqla diri çəkidə 659,2 min ton ət, 2305,9 min ton süd, 2342,9 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub.
Trend-in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, 2024-cü illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artmış, ət istehsalı eyni səviyyədə qalmış, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.
