...

İnformasiya və rabitəsektorunda xidmətlərin dəyəri 9%-ə yaxına artıb

Telekommunikasiya Materials 19 Yanvar 2026 15:04 (UTC +04:00)
İnformasiya və rabitəsektorunda xidmətlərin dəyəri 9%-ə yaxına artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnformasiya və rabitəsektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 2025- ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 3,989 milyard manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,7 faiz artıb.

Bu sahə üzrə xidmətlərin dəyərinin 69,2 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 32,4 faizi və ya 1,291 milyard manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti