...

"Qurtuluş" reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 19 Yanvar 2026 17:26 (UTC +04:00)
"Qurtuluş" reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Reabilitasiya mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti