...

Azərbaycanın suverenliyinin tam bərpası ilə 20 Yanvar şəhidlərinin arzuları yerinə yetirildi - Səfir

Gündəm Materials 19 Yanvar 2026 12:19 (UTC +04:00)
Azərbaycanın suverenliyinin tam bərpası ilə 20 Yanvar şəhidlərinin arzuları yerinə yetirildi - Səfir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

1990-cı il 20 yanvar tarixində Azərbaycan xalqının müstəqillik yolunda göstərdiyi milli iradənin sabah 36-cı ili tamam olur. O çətin şərtlərdə Azərbaycan xalqı həmişə olduğu kimi öz azad iradəsini hər şeyə rəğmən sərgilədi və SSRİ-nin Qızıl Ordusunun tankları arasında qadın, kişi, gənc, yaşlı demədən 130 nəfər şəhid oldu.

Trend xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, onlar bugünkü Azərbaycan üçün böyük fədakarlıqlar ediblər.

“20 Yanvar hadisələri zamanı 700-dən çox insan yaralanıb. Vətən müharibəsindən sonra Azərbaycanın suverenliyinin təmamilə bərpası ilə 20 yanvar şəhidlərinin arzularının yerinə yetirildiyini düşünürəm. Biz onlara çox şey borcluyuq. Allahdan onlara rəhmət diləyirik. Azərbaycan-Türkiyə qardaşlığının daimi olmasını diləyirik”,- deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti