...

20 Yanvar faciəsinə ilk obyektiv siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib - Cəlil Xəlilov

Siyasət Materials 19 Yanvar 2026 12:05 (UTC +04:00)
20 Yanvar faciəsinə ilk obyektiv siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib - Cəlil Xəlilov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətə ilk obyektiv siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyev bu faciəni yüksək tribunalardan dilə gətirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı cinayətini ifşa edib:

“Məlum olduğu kimi, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı törədilən bu dəhşətli cinayəti gizli saxlamağa çalışır, xalqımızın milli-azadlıq hərəkatını qan gölündə boğmağa cəhd edirdi. Buna görə də 20 Yanvar faciəsi haqqında hər hansı informasiyanın ictimaiyyiləşməsinə imkan vermir, baş verənləri ört-basdır etməyə çalışırdı. Heydər Əliyev məhz belə bir zamanda özünün və bütün ailə üzvlərinin təhlkəsizliyini riskə ataraq 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri cəsarətlə dilə gətirdi. Baş verən hadisədən cəmi bir gün sonra – 21 yanvar 1990-cı ildə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edən Heydər Əliyev, sovet ordusunun Bakıdakı cinayətinin hüquqa, humanizmə, insanlığa zidd olduğunu bildirdi.

7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev, 20 Yanvar hadisəsinin sifarişçilərinin və icraçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məsələsini qaldırdı. 1994-cü il martın 29-da Heydər Əliyevin səyi ilə Milli Məclis 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hquqi qiymət verdi. Parlamentin qərarında açıq şəkildə qeyd edildi ki, 20Yanvar hadisələri Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq, öz taleyini həll etmək üçün ayağa qalxan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək üçün törədilib.

20 Yanvar faciəsinin üzərindən 36 il ötsə də, xalqımız bu gün də sovet tanklarına yalın əllə meydan oxuyan qəhrəmanlarını ehtiramla anmaqda, onlarla qürur duymaqdadır. Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər sonra da 20 Yanvar şəhidləri xalqımız tərəfindən sevgi və qürur hissi ilə xatırlanmaqda davam edəcək, onların qəhrəmanlığı gənclərimiz üçün sonsuza qədər ilham mənbəyi olaraq qalacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti