...

Müdafiə Nazirliyi və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

Cəmiyyət Materials 19 Yanvar 2026 16:23 (UTC +04:00)
Müdafiə Nazirliyi və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək birgə tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyənləşdirilib.

Sənədin imzalanmasında əsas məqsəd hərbi qulluqçular arasında əxlaqi-mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, sağlam dünyagörüşünün formalaşdırılması və dövlət-din münasibətləri sahəsində koordinasiyanın artırılmasıdır.

Birgə tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda maarifləndirici görüşlərin, seminarların, təlimlərin və digər profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti