Bakı. Trend:
2025-ci ilin yanvar - noyabr aylarında Azərbaycanın da daxil olduğu nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi 29,763 milyon ton olub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12,998 milyon ton, dəniz nəqliyyatı ilə 6,779 milyon ton və avtomobil nəqliyyatı ilə 9,986 milyon ton yük daşınıb.
2024-cü illə müqayisədə dəmir yolu ilə yükdaşımaları 909 min ton (-6,5%), dəniz nəqliyyatı ilə 464,1 min ton (-6,4%) azalıb, avtomobil nəqliyyatı ilə isə 880,9 min ton ( 9,7%) artıb.
