Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenkoya şəxsi müraciətində ona Qəzza zolağındakı münaqişənin nizamlanması üzrə “Sülh şurasının” təsisiçisi olmağı təklif edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Belarusun XİN-nin mətbuat katibi Ruslan Varankov çıxış edib.
“Belarus tərəfi Amerika Birləşmiş Ştatları Prezidentinin cənab Donald Trampın Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkoya ünvanladığı şəxsi müraciəti alıb. Müraciətdə Qəzzada vəziyyətin tənzimlənməsi kontekstində Belarusa ‘Sülh Şurası’ – yeni beynəlxalq təşkilatın təsisçisi olmaq təklif olunur”, – deyə XİN-in mətbuat xidməti onun sözlərini sitat gətirib.
Varankovun sözlərinə görə, bu təklif barədə Belarus Prezidentinə məlumat verilib və o, təşəbbüsü müsbət qarşılayıb.
“Bizim mövqeyimiz belədir: təklif olunan təşəbbüsdə nəzərdə tutulan mandatın çərçivələrindən xeyli kənara çıxacaq şəkildə bu təşkilatın səlahiyyət və fəaliyyət imkanlarının genişlənəcəyinə ümid edərək və bunu nəzərə alaraq, ‘Sülh Şurası’nın fəaliyyətində iştirak etməyə hazırıq”, – deyə o bildirib.
