...

Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb edilir

Cəmiyyət Materials 19 Yanvar 2026 14:00 (UTC +04:00)
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları genişləndiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları siyahısına əlavə ediləcək.

Belə ki, dəyişikliklə xarici prodüserlərin Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunacaq. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edəcək.

Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxil ediləcək:

  • film istehsalı - film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;
  • film çəkilişinə hazırlıq - filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
  • film çəkilişi - filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses;
  • filmin çəkilişinin tamamlanması - çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;
  • xarici prodüser - əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;
Məqalədə:
Xəbər lenti

Xəbər lenti