Ağdam. Trend:
Ağdamda baş verən qəza zamanı sürücü xəsarət alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Dördyol 1 qəsəbəsi ərazisində qeydə alınıb.
Rayon sakini 1998-ci il təvəllüdlü Abbasov Sabit Mehman oğlu idarə etdiyi "VAZ"2106 markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb.
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. S.Abbasov təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
