Bakı. Trend:
"Real" müdafiəçisi Antonio Rüdigerə yeni müqavilə təklif edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 32 yaşlı futbolçusunu buraxmaq istəmir.
Hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir. Almaniya millisinin üzvünün “Real”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Ona bir neçə klubdan təklif olsa da, futbolçu Madrid klubunda qalmaq istəyir.
Rüdiger “Ştuttqart”, “Roma” və “Çelsi”də oynadıqdan sonra 2022-ci ildə “Real”a keçib.
