...

Bakıda oğurluq edən qardaşlar saxlanıldı

Hadisə Materials 19 Yanvar 2026 15:21 (UTC +04:00)
Bakıda oğurluq edən qardaşlar saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Belə ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib.

Trend xəbər verir kİ, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti