Bakı. Trend:
İsrailin Müdafiə Qüvvələri (IDF) ölkənin hərbi hava qüvvələrinə aid “Hermes” pilotsuz uçuş aparatının İranın qərbində yerləşən Xorramabad rayonunda vurulduğunu təsdiqləyib.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
“Əməliyyat zamanı Hava Qüvvələrinə aid pilotsuz uçuş aparatı İranda vurulub. İnformasiya sızması təhlükəsiz yoxdur”,- deyə IDF məlumatında deyilir.
Bundan bir müddət əvvəl İran mediasında “Hermes” dronunun vurulmasının görüntüsü yayılmışdı.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.