...

İran müzakirə masasını heç vaxt tərk etməyib - Seyid Cəfər Ağayi Məryan

Gündəm Materials 23 İyun 2025 14:31 (UTC +04:00)
İran müzakirə masasını heç vaxt tərk etməyib - Seyid Cəfər Ağayi Məryan
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran müzakirə masasını heç vaxt tərk etməyib.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, lakin müzakirələri pozan tərəf qarşı tərəf olub.

"İran həmişə müzakirə aparmağa maraq göstərib", - o qeyd edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti