...

“Tesla” “Robotaxi” xidmətini işə salıb

Dünya xəbərləri Materials 23 İyun 2025 13:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın “Tesla” korporasiyası məhdud sayda istifadəçi üçün pilotsuz taksi (“Robotaxi”) xidmətini istifadəyə verib.

Trend xəbər verir ki, “İnsider” nəşrinin məlumatına görə, “Robotaxi” xidmətinə ilk sifarişlər iyunun 22-də baş tutub.

Xidmət hazırda yalnız Texas ştatının Ostin şəhərində istifadəyə verilib. “Robotaxi” hələ ki yeni nəqliyyat növünü sınamaq istəyən istifadəçilər üçün məhdud rejimdə işləyəcək.

Korporasiyanın rəhbəri İlon Mask xidmətə cəlb olunan avtomobillərin yeni olduğunu və sərnişin daşımaları üçün hazırlandığını bildirib. Onun sözlərinə görə, istənilən “Tesla” avtomobili taksi kimi istifadə oluna biləcək şəklə salına bilər.

Xatırladaq ki, aprel ayının sonlarında “Tesla” öz işçiləri üçün test rejimində “Robotaxi” xidmətini işə salıb. İlkin sınaqlar zamanı pilotsuz taksinin sükanı arxasında yalnız onun hərəkətinə nəzarət edən operator oturub.

Xəbər lenti

Xəbər lenti