...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 23 İyun 2025 13:14 (UTC +04:00)
Sabah hava necə olacaq?
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, iyunun 23-dən 24-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə +19 dərəcədən +21 dərəcəyədək, gündüz +24 dərəcədən +26 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +18 dərəcədən +21 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək, dağlarda gecə +7 dərəcədən +12 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti