Bakı. Trend:
Nüvə obyektlərinə dəyən zərərlər araşdırılır.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nüvə obyektlərə hücum beynəlxalq normalara zidd hesab olunur.
"Lakin İsrail və ABŞ bu qanunları pozaraq nüvə obyektlərinə hücum edib. İran tərəfi nüvə obyektlərinə hücumlar zamanı dəyən zərərlər araşdırılmaqdadır".
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.