...

Qərbi Azərbaycan kuboku uğrunda 2-ci mini futbol turniri keçirilir (FOTO)

İdman Materials 23 İyun 2025 18:48 (UTC +04:00)
Qərbi Azərbaycan kuboku uğrunda 2-ci mini futbol turniri keçirilir (FOTO)

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyası və Mini Futbol Federasiyasının dəstəyi ilə Qərbi Azərbaycan kuboku uğrunda 2-ci mini futbol turniri keçirilir.

Təşkilat komitəsinin üzvü Həsən Həsənov bildirib ki, turnirin məqsədi Qərbi Azərbaycan kökənli gənclərin sağlam həyat tərzini, onların birliyə və Azərbaycana olan sevgisini daha da artırmağa nail olmaqdır. Turnirin daha bir məqsədi Qərbi Azərbaycan kökənli gənclərin iştirakı ilə vahid futbol komandası yaratmaq və gələcəkdə ölkə miqyaslı yarışlarda bölgəni təmsil etməkdir.

H.Həsənov bildirib ki, turnirə qatılan komandaların heyətlərində yetərincə güvəniləcək futbolçular var.

"Düşünürəm ki,yaradılacaq komanda ölkə miqyaslı yarışlarda uğurla çıxış edərək regionu və Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəkdir. Təşkilat Komitəsinin adından bizə dəstək olanlara və çoxsaylı azarkeşlərə öz minnətdarlığımı bildirirəm" - deyə H.Həsənov vurğulayıb.

Onu da qeyd edək ki, Qərbi Azərbaycan kuboku uğrunda 2-ci mini futbol turniri davam edir. Gərgin və maraqlı mübarizələrin nəticəsində artıq liderlər müəyyənləşib: 3-cü yer uğrunda Paşalı FK və Böyük Qarakilsə FK, finalda isə Loru FK və Amasiya FK yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti