...

Fransa aviaşirkəti bu iki ölkəyə uçuşları dayandırdı

Dünya xəbərləri Materials 23 İyun 2025 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın “Air France” aviaşirkəti körfəz ölkələrinə uçuşları dayandırıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, aviaşirkət İran-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən İsrail və Livana uçuşları da dayandırıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti