Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən növbəti toplantısında Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiya paketinin qəbuluna Macarıstan və Slovakiya tərəfindən veto qoyulub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto brifinqdə jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün Slovakiya və biz 18-ci sanksiya paketinin qəbuluna mane olduq. Bu paket qəbul edilsəydi, Macarıstan və Slovakiya da daxil olmaqla bir sıra Aİ ölkələrinə Rusiya təbii qazı və ucuz Rusiya xam nefti almaq qadağan olunacaqdı", - Macarıstanın xarici işlər naziri qeyd edib.