...

İran uçuş qadağasının müddətini uzatdı

Dünya xəbərləri Materials 23 İyun 2025 15:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hava məkanında uçuş qadağası iyunun 24-ü Bakı vaxtı ilə 14:30-a kimi uzadılıb.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu İranın Yol və Şəhər İnkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhavan deyib.

“Son hadisələrlə əlaqədar, sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə ölkənin hava məkanı çərşənbə axşamı 14:00-a kimi (Bakı vaxtı ilə 14:30) bağlı olacaq. Həmvətənlərə israrlı şəkildə tövsiyə edirik ki, ölkənin hava limanlarına baş çəkməkdən çəkinsinlər və reyslərin cədvəli ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etsinlər”, - deyə IRNA agentliyin sitatında deyilir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti