Bakı. Trend:
Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
Bu barədə Trend-ə Əqli Mülkiyyət Agetliyindən məlumat verilib.
Bildirilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkarı Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxumuş və “YouTube” platformasında (https://www.youtube.com/watch?v=POBhY3mT0S8) yunan dilində “Hara gedir” adı altında yayıb.
Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın “YouTube” platformasında yaydığı qeyd edilən mahnı silinib.