...

Hörmüz boğazının bağlanması məsələsi masadadır - İran rəsmisi

İqtisadiyyat Materials 23 İyun 2025 15:02 (UTC +04:00)
Hörmüz boğazının bağlanması məsələsi masadadır - İran rəsmisi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazının bağlanması məsələsi masadadır.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.

"Hörmüz boğazının bağlanıb-bağlanmaması ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası qərar verə bilər", - o qeyd edib.

Onun sözlərinə görə, bu qərar ölkənin aidiyyəti qurumlarının səlahiyyətindədir:

"Bununla əlaqədar əsas qərar İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilə bilər. Hörmüz boğazının bağlanması məsələsi masa üzərində olan məqamlardan biridir".

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

Xəbər lenti

Xəbər lenti