...

İranın ABŞ bazasına qarşı əməliyyatı Qətərə heç bir təhlükə yaratmayıb - Təhlükəsizlik Şurası

Gündəm Materials 23 İyun 2025 21:26 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi ABŞ-nin Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir:

"ABŞ-nin İslam Respublikasının nüvə obyektlərinə qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq, İranın qüdrətli silahlı qüvvələri bir neçə saat əvvəl Amerikanın Qətərdəki Əl-Ubeyd bazasına raket zərbəsi endirib".

Atılan raketlərin sayının ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrinin sayına uyğun gəldiyi vurğulanıb. Eyni zamanda, zərbənin yalnız Qətərin mülki və yaşayış məntəqələrindən uzaqda yerləşən hərbi infrastruktur obyektlərinə endirildiyi bildirilir.

Bəyanatda əməliyyatın dost və qardaş Qətər və onun xalqı üçün heç bir təhlükə törətmədiyi vurğulanıb.

"İran Qətər Dövləti ilə isti və tarixən möhkəm münasibətləri davam etdirməyə sadiqdir", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti