...

ABŞ-nin Suriyadakı hərbi bazası həyəcan vəziyyətinə gətirilib

Dünya xəbərləri Materials 23 İyun 2025 23:23 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Suriyanın şimal-şərqindəki Kəsraqdakı əsas hərbi bazası İranın potensial hücum təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Trend-in məlumatına görə, bu barədə "Syria TV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, bazada həyəcan təbili çalınıb və Amerika hərbçiləri mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemləri hazırlıq vəziyyətinə gətiriblər.

Suriyanın təhlükəsizlik xidmətindəki mənbə "Syria TV"yə bildirib ki, şimal-şərqdəki Həsəkə əyalətində qalan Amerika qüvvələrinin əsas hissəsi Kəsraqda cəmlənib.

Xəbər lenti

Xəbər lenti