...

Almaniyada hər 5 nəfərdən biri ölkədən köçməyi düşünür

Dünya xəbərləri Materials 10 Yanvar 2026 17:46 (UTC +04:00)
Almaniyada hər 5 nəfərdən biri ölkədən köçməyi düşünür
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada aparılan yeni araşdırma, hər 5 nəfərdən birinin ölkədən köçməyi düşündüyünü göstərib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya İnteqrasiya və Köç Araşdırmaları Mərkəzinin (Dezim) 2024-2025-ci illər arasında 2 933 nəfər üzərində apardığı araşdırma, ölkədəki köç tendensiyasının artdığını ortaya qoyur.

Araşdırmanın nəticələrinə görə, Almaniya əhalisinin 21%-i ölkəni tərk etməyi düşünür. Bu, digər millətlərdən olan insanlar arasında daha yüksəkdir – 34%.

Almaniyadan köçməyi düşünənlərin əksəriyyəti daha yaxşı şərait axtarışında olduqlarını bildiriblər.

Həmçinin, fərqli milliyətli şəxslər arasında ayrı-seçkilik və diskriminasiyaya məruz qalma təcrübəsinin də bu qərarda mühüm rol oynadığı qeyd olunub.

Almaniyada köç və inteqrasiya məsələləri üzrə tədqiqatçı Fabio Best araşdırmanın nəticələrini şərh edərək, köç etmək istəyinin hələ də yüksək olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti