...

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı "Qələbə müjdəsi" adlandırıldı

Gündəm Materials 23 İyun 2025 21:38 (UTC +04:00)
İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı "Qələbə müjdəsi" adlandırıldı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı "Qələbə müjdəsi" adlandırıb.

Trend xəbər verir ki, Tehran bunu Qətər və İraqdakı bazalarına qarşı həyata keçirir.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.

Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.

"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzü cavabsız qoymayacaq", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti