...

Bakı Yay Enerji Məktəbi iştirakçılarının geniş coğrafiyası Azərbaycanın enerji sahəsindəki artan rolunu təsdiqləyir - SOCAR vitse-prezidenti

İqtisadiyyat Materials 23 İyun 2025 11:23 (UTC +04:00)
Bakı Yay Enerji Məktəbi iştirakçılarının geniş coğrafiyası Azərbaycanın enerji sahəsindəki artan rolunu təsdiqləyir  - SOCAR vitse-prezidenti
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Yay Enerji Məktəbi iştirakçılarının geniş coğrafiyası Azərbaycanın enerji sahəsindəki artan rolunu təsdiqləyir.

Trend xbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ADA universitetindən 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School – BSES 2025) rəsmi açılış mərasimində deyib.

“Təxminən iyirmi il ərzində Bakı Yay Enerji Məktəbi akademik bilgini sənayenin praktiki təcrübəsi ilə birləşdirən mühüm bir meydançaya çevrilib. Proqram hər il enerji sahəsinin əsas məsələlərini müzakirə etmək üçün dünyanın hər yerindən ekspertləri, alimləri və siyasətçiləri bir araya gətirir. O, həm iştirakçıların peşəkar inkişafına, həm də enerji siyasəti məsələləri üzrə beynəlxalq dialoqun inkişafına vasitəçilik edir”, - deyə Mustafayeva bildirib.

Onun sözlərinə görə, iştirakçıların geniş coğrafiyası Azərbaycanın enerji və təbii resurslar sahəsində qlobal dialoqun mərkəzi kimi artan rolundan xəbər verir.

“Proqram regional enerji siyasətinin inkişafına, "yaşıl", təhlükəsiz və əlçatan həllərin təşviqinə, həmçinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verir,” – deyə Z.Mustafayeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti