...

İsrail HHQ Tehrandakı hərbi obyektləri vurur – IDF

Dünya xəbərləri Materials 23 İyun 2025 13:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda yerləşən hərbi obyektlərə hədəfləmiş yeni aviazərbə silsiləsinə başlayıb.

Trend bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat verir.

“İsrail HHQ Tehrandakı hərbi obyektlərə zərbələr silsiləsini başladıb”, - deyə məlumatda deyilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti