...

Əcnəbilərin Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 23 İyun 2025 13:28 (UTC +04:00)
Əcnəbilərin Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydası”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq qərar imzalayıb.

Mövcud qanunvericiliyə əsasən, yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yüksəkixtisaslı miqrant hesab olunurlar.

Həmçinin, 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər istisna olmaqla, Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin hər birinin Azərbaycan qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibə keçirilir.

Yeni qərara əsasən, həmin yüksəkixtisaslı miqrantlar bəhs edilən istisnalardan biri hesab olunacaq, onlar üçün də müsahibə keçirilməyəcək.

Bundan əlavə, Azərbaycan daimi yaşamaq icazəsinin alınması üçün müraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə (müsahibənin vaxtı, keçiriləcəyi yer və s.) “Dövlət rüsumu haqqında” Qanuna əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla onların müraciətindən 10 gün sonra şifahi və ya yazılı qaydada məlumat verilir.

Yeni qərara əsasən, həmin yüksəkixtisaslı miqrantların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə 5 gün sonra şifahi və ya yazılı qaydada məlumat veriləcək.

Məlumat üçün bildirək ki, qərar iyunun 11-də qəbul edilib, iyunun 18-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyunun 19-dan qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti