...

Şirvanda dələduzluq edən şəxs həbs edildi

Hadisə Materials 23 İyun 2025 13:05 (UTC +04:00)
Şirvanda dələduzluq edən şəxs həbs edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən Göygöl rayon sakini, 61 yaşlı Altay İsmayılov saxlanılıb.

Trend-in məlumatına görə, adıçəkilən şəxs vətəndaşlara dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəldəcəyi, eləcə də övladlarını özəl təhsil müəssisələrində təhsil almalarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək onların müxtəlif məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
A.İsmayılovun qanunsuz əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti